Xaçmazın Qaraqurdlu kəndində yanğın hadisəsi qeydə alınıb. Bu barədə ShimalNews 19 fevral tarixində xəbər verir.
“Hyundai” markalı yük avtomobili alışıb. Nəqliyyat vasitəsinin mühərrik və kabinə hissəsi qismən yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub və alov söndürülüb.