Xaçmaz rayonunun Barlı kəndi ərazisində avtomobil oğurlanıb. Bu haqda ShimalNews 25 yanvar tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir.
Hadisə barədə məlumat polisə yanvarın 23-də daxil olub. Aparılan tədbirlər nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba və Neftçala rayon sakinləri olan iki yeniyetmə avtomobillə saxlanılıb.
Araşdırma aparılır.