Xaçmazda tanışına xəsarət yetirən şəxs tutulub. Bu barədə ShimalNews 5 fevral tarixində DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə Ruslan Zülfüqarov saxlanılıb.
Həmin şəxs tanışının baş nahiyəsinə küt alətlə zərbələr endirərək onun sağlamlığına qəsdən ağır xəsarət yetirib.