Xaçmazın Qalağan kəndində suvarma kanalı lildən və kol-kosdan təmizlənib. Bu haqda ShimalNews 12 iyun tarixində məlumat verir.
Bir müddət öncə kənddə İcra Hakimiyyətinin səyyar qəbulu keçirilib. Sakinlər suvarma kanallarının mövcud vəziyyətinin yaxşı olmadığını və müəyyən çətinliklərin yarandığını gündəmə gətirmişdilər.