Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev tərəfindən ötən ilin noyabr ayında döyülmüş şagirdin oxuduğu məktəbin direktoru işdən çıxıb. Bu haqda ShimalNews 4 iyun tarixində “7Times.az”a istinadən məlumat verir.
Bildirilib ki, Xaçmaz şəhər M.Məhəmmədov adına 4 nömrəli tam orta məktəbin direktoru Akif İslamov öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb.
Daha öncə Rüfət Hacıyev tərəfindən döyülən məktəblinin sinif rəhbərinin hadisənin necə baş verməsini danışdığı haqda xəbər dərc etmişdik.