Xaçmazın Ləcət kəndində bıçaqlanan şagirdin vəziyyəti orta ağır qiymətləndirilir. Bu haqda ShimalNews 5 iyun tarixində məlumat verir.
Dünən kənd məktəbində 11-ci sinif şagirdinin öz sinif yoldaşına bıçaqla xəsarət yetirdiyini xəbər vermişdik.
Hadisə 31 may tarixində baş verib. Təcili yardım avtomobilinin köməyi ilə 23:00 radələrində yaralı Xaçmaz xəstəxanasına yerləşdirilib. İlkin müayinədən sonra şagirdin hər iki budun və cinsiyyət orqanının sol hissəsinin kəsilmiş-deşilmiş yaraları qeydə alınıb.