Paytaxtda fəaliyyət göstərən caz qrupu Xaçmaz Mədəniyyət Mərkəzində çıxış edəcək. Bu barədə ShimalNews 21 aprel tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Aprelin 22-si saat 15:00-da Arslan Növrəsli etno-caz konsertini təqdim edəcək. Qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.