Xaçmaz rayonunun Yergüc və Nərəcan kəndlərində qanunsuz fəaliyyət aparan ağac sexləri aşkar edilib. Bu barədə ShimalNews 22 aprel tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Ağyazıbuduq kənd sakini Abbas Kərimova və Bakı şəhər sakini Aydın Bayramova məxsus müvafiq icazələri olmadan müxtəlif növ ağacların emalı və satışı ilə məşğul olan taxta sexlərinin fəaliyyət göstərməsi müəyyən olunub.
Eləcə də ağacların kəsilməsində istifadə edilən 5 ədəd dəzgah və 10 kub.m müxtəlif növ ağac və taxta materialları aşkar edilib.