Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews 8 yanvar tarixində “Apa”ya istinadən xəbər verir.
Gəndob-Yalama avtomobil yolunda “VAZ-2107”, “Daewoo” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə 1 nəfər xəsarət alıb və Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
