Xaçmaz rayonunda 27 yaşlı gəncin cəsədi tapılıb. Bu haqda ShimalNews 10 iyun tarixində məlumat verir.
Kiçik Baraxum kəndində Taleh Əkbərov yaşadığı evin bağında özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Cəsəd meyvə ağacından düşürdülərək tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.