Xaçmazda “Xudat City” Futbol Akademiyasının açılış mərasimi keçirilib. Bu haqda ShimalNews 29 iyun tarixində məlumat verir.
Qonaqlar əvvəlcə akademiyanın Xudat şəhərindəki ofis qərargahının açılışı və tanıtımında iştirak ediblər. Onlara gələcək işlər barədə məlumat verilib.
Rəsmi çıxışlardan sonra isə Xaçmaz rayonunun Qoçaqlı kənd stadionunda “Xudat City” futbol klubu ilə Qusar rayonunun “Şirvanovka” futbol klubu arasında yoldaşlıq oyunu baş tutub.