Xaçmaz rayonunda "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyi seminar təşkil edib. Bu haqda ShimalNews 4 iyun tarixində məlumat verir.
BMT-nin Etimad Fondunun dəstəyi ilə əlilliyi olan qadın və qızlara dəstək məqsədi ilə qarşılıqlı əməkdaşlıq, əlilliyi olan qadınların cəmiyyətə inteqrasiyası istiqamətində yeniliklər, rayon və kəndlərdə icmaların inkişafı istiqamətində görüləcək işlərdən danışılıb.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları Pərviz Əmircanov, Taryel Didarov, KOBİA Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin direktoru Azər Pənahov, DTSERA-nın Xaçmaz rayonu üzrə əməkdaşları, mədəniyyət işçiləri, digər müxtəlif sahələri əhatə edən dövlət qurumlarının əməkdaşları iştirak ediblər.