Xaçmazda kişi bıçaqlanıb. ShimalNews bu haqda Apa.az-a istinadən xəbər verir.
34 yaşlı Kamran Niftəliyev çoxsaylı bıçaq xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağırdır.
Hazırda Niftəliyevin harada və kim tərəfindən bıçaqlandığı araşdırılır.