Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər. Bu barədə ShimalNews 31 may tarixində məlumat verir.
Məlumata görə, rayon sakinləri Əziz Mahmudov və Elxan Şahgəldiyev saxlanılıblar. Onlardan heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.