Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndələri Yalama kənd icması ilə görüşüblər. Bu haqda ShimalNews 26 fevral tarixində məlumat verir.
Tədbirdə Xaçmaz rayonu Mahmud Əbilov adına tam orta məktəbinin yaxın zamanda əsaslı təmir ediləcəyi bildirilib. Proses başlanıldıqda şagirdlərin təhsili müvəqqəti olaraq, digər uyğun məktəblərdə davam etdiriləcək və onlar üçün daşınma təmin olunacaq.