Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Xaçmaz rayonu ərazisində qanunsuz balıq ovuna qarşı yoxlamalar keçiriblər. Bu barədə ShimalNews 13 mart tarixində məlumat verir.
Xəzər dənizinin akvatoriyasında qadağan olunmuş ov alətləri istifadə edənlər aşkar olunublar. Araşdırma zamanı həmin şəxslər barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
Eyni zamanda keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən 980 metr uzunluğunda 31 ədəd sintetik tor aşkar edilərək yığışdırılıb.