Xaçmazda bir nəfərdə narkotik vasitə aşkarlanıb. Bu haqda ShimalNews 5 mart tarixində Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Yusif Mirzəyev də saxlanılıb.Ondan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.