Təhsil naziri Emin Əmrullayev iyulun 19-u Xaçmaz şəhərində vətəndaşların qəbulunu keçirəcək. Bu barədə ShimalNews 1 iyul tarixində məlumat verir.
Görüşdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyənlər 15 iyul (saat 18:00-dək) tarixinədək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə, elektron (https://edu.gov.az/az/contact_us) və ya rəsmi “Whatsapp” xidmətinə (0512067848) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Siyahıya alınan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi ilə buraxılacaqlar.