Xaçmaz rayonunda “ASAN Səyyar” avtobusu yanvarın 26-dək xidmət göstərəcək. Bu haqda ShimalNews 11 yanvar tarixində məlumat verir.
Səyyar məntəqə Hacı Zeynalabdin Tağıyev küçəsində (Statistika binasının qarşısında) fəaliyyət göstərir. Əhali həftənin 5 günü müraciət edə bilər.
Avtobus saat 10:00-dan 18:00-dək xidmət üçün açıqdır. Saat 14:00-dan 15:00-dək nahar fasiləsidir. Şənbə və bazar qeyri-iş günləridir.