Xaçmaz Peşə liseyində "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 23 yanvar tarixində məlumat verir.
Görüşdə məktəblilərə ətraf mühitin mühafizəsində meşələrin, yaşıllıqların rolundan danışılıb. Quba-Xaçmaz RGİİ-nin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun aparıcı məsləhətçisi Ağahüseyn Əzizov çıxışında ölkəmizin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP 29-un Azərbaycanda keçirilməsinin müstəsna əhəmiyyətindən danışıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.