Xaçmaz rayonu Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil alana qarşı şiddət göstərilməsi barədə şikayət olunub. Bu barədə ShimalNews 6 mart tarixində məlumat verir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinə daxil olmuş sorğu əsasında xüsusi komissiya yaradılıb. İdarənin əməkdaşları tərəfindən məktəbdə müvafiq araşdırmalara başlanılıb.
Nəticələrlə bağlı ictimaiyyətə açıqlama veriləcək.