İcra başçısı Elnur Rzayev Xaçmaz şəhərində vətəndaşların səyyar qəbulunu keçirib. Bu barədə ShimalNews 14 fevral tarixində xəbər verir.
Görüşdə, eləcə də yerli hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşları narahat edən məsələlər dinlənilib. Onların həlli üçün səlahiyyətli şəxslərə müvafiq tapşırıqlar verilib.