Xaçmazın icra başçısı Elnur Rzayev sakinlərlə səyyar qəbul keçirib. Bu barədə ShimalNews 6 iyun tarixində məlumat verir.
Görüş Qalağan kəndində təşkil edilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri elektrik təsərrüfatının yenilənməsi, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, qaz təchizatının bərpası, eləcə də bir neçə fərdi müraciət səsləndiriblər.