Xaçmazın icra başçısı Elnur Rzayev məsul şəxslərlə birlikdə səyyar qəbul keçirib. Bu haqda ShimalNews 8 iyun tarixində məlumat verir.
Görüş Mollabürhanlı kəndində olub. Burada yerli sakinlərlə bərabər, Qımılqışlaq İnzibati Ərazi Dairəsinə daxil olan Çuxuroba, Maşıoba, Mirzəmmədqışlaq, Qadaşoba, Ağarəhimoba, Şıxlar və Hacıisaoba kəndlərindən olan vətəndaşlar iştirak ediblər.
Müraciətlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, yeni subartezian quyusunun qazılması və torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı olub.