Xaçmaz rayon təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və qazilərlə görüş təşkil edilib. Bu haqda ShimalNews 8 yanvar tarixində məlumat verir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev görüşdə şəhid ailə üzvlərini və qaziləri dinləyib. Daha sonra o, 6 nömrəli tam orta məktəbin tədris binası ilə tanış olub, siniflərdə dərs prosesini izləyib.