Xaçmaz rayonunda yanğın ikimərtəbəli evdə baş verib. Bu haqda ShimalNews 4 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Düztahiroba kəndində qeydə alınıb. Ümumi sahəsi 260 kv.m (hər mərtəbəsi 130 kv.m) olan 8 otaqlı evin 1-ci mərtəbəsində bir otağın tavanı 5 kv.m sahədə, 2-ci mərtəbəsində iki otağın tavanı 50 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.