Xaçmaz rayon Yergüc kənd sakinləri üçün tibbi müayinə aksiyası təşkil olunub. Bu barədə ShimalNews 1 iyun tarixində məlumat verir.
Həkim və tibb işçilərindən ibarət briqada (terapevt, mama-ginekoloq , pediatr, laborant) 37 nəfəri müayinələrdən keçirib. Onlara ümumilikdə 46 tibbi xidmət göstərilib.
Kəndlərdə keçirilən "Səyyar Tibbi Xidmət" aksiyaları əhali arasında xəstəliklərin qarşısının alınması, ilkin diaqnostikası, müalicəsi, maarifləndirilməsi, azyaşlı uşaqlar, hamilə və zahı qadınların yerində müşahidəsi və əhaliyə göstərilən tibbi xidmətin əlçatanlığının təmin edilməsi məqsədilə təşkil edilir.
Bu cür aksiyalar digər ətraf kəndlərdə də davam etdiriləcək.