Xaçmaz rayonunda Dövlət Nəfəs Alətləri Orkestri çıxış edib. Bu haqda ShimalNews 4 noyabr tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.
“Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində baş tutan tədbir Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində təşkil edilib. Konsert zamanı vətənpərvərlik və qəhrəmanlıq mövzusunda musiqi əsərləri ifa edilib.
Tədbirdə qazilər, müharibə iştirakçıları, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Musiqi axşamı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.