Xaçmazda çökmüş körpünün istifadəyə verilmə tarixi açıqlanıb. Bu haqda ShimalNews 22 noyabr tarixində Bizim.Media-ya istinadən məlumat verir.
Qudyalçayın üzərində inşa edilən yeni körpünün panelləri yerinə qoyulub, üzərinə beton tökülüb. Hazırda körpünün üzərində hər iki tərəfdə istinad divarları qurulur. Burada eni 2 metr olan piyada keçidləri inşa edilir.
Xaçmaz RİH başçısının müavini Bəxtiyar Osmanov bildirir ki, körpü dekabr ayının 10-da sürücülərin ixtiyarına veriləcək.
Adıçəkilən körpü sentyabr ayının 15-də uçub.