Səhər saatlarında Xaçmazın girişində körpü uçub. Bu barədə ShimalNews 15 sentyabr tarixində xəbər verir.

Xaçmaz-Xudat yolunda tıxac əmələ gəlib. Qudyalçayın üzərindəki körpünün çökməsi nəticəsində “VAZ-2107” uçurumdan bir addımda dayanıb, “VAZ-2106” markalı avtomobil isə dərəyə düşüb.

Məlum olub ki, Bakı şəhər sakini, 39 yaşlı Efsun Qarayev,  Xaçmaz rayon sakinləri, 57 yaşlı Əlisafa Heybətov və 24 yaşlı  Elvin Səfərəliyev xəstəxanaya yerləşdiriliblər.

Əraziyə polislər, təcili tibbi yardım və digər müvafiq qurumlar cəlb olunub.

 

Photo Shimal.News