Hacıhüseynli kəndi ərazisində “KamAZ” markalı yük avtomobilinin “VAZ-2106” markalı minik avtomobili ilə toqquşması barədə yalan məlumat yayan şəxs cəzalandırılıb. Bu barədə ShimalNews 3 yanvar tarixində məlumat verir.
O, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb:
“C.Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq, qanunamüvafiq tədbir görülüb”, - deyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov bildirib.
Daha öncə hadisə haqqında xəbər vermişdik.