Xaçmaz şəhərində fəaliyyətə başlayan “Qafqaz Konserv Zavodu” MMC-yə tərtib olunan inzibati protokola məhkəmədə baxılacaq. Bu barədə ShimalNews 10 iyun tarixində məlumat verir.
Proses iyunun 20-si Xaçmaz Rayon Məhkəməsinin hakimi Aynur Əliyevanın sədrliyi ilə aparılacaq.
Daha öncə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə zavoda tənbeh tətbiq edilməsi haqda xəbər vermişdik.