Xaçmaz rayonunun Sayad kəndində əsgər Səxavət Axundovun anım mərasimi baş tutub. Bu barədə ShimalNews 12 yanvar tarixində məlumat verir.
Mərasimdə icra başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Onlar hərbçimizin yaxınlarına başsağlığı veriblər.