Xaçmaz icra başçısı İstisu qəsəbəsində sakinləri qəbul edib. Bu barədə ShimalNews 19 yanvar tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
Elnur Rzayev yerli hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə İstisu qəsəbəsi və Vələmir kəndinin sakinləri ilə görüş keçirib.
Qəbul zamanı vətəndaşlar tərəfindən elektrik təsərrüfatının yenilənməsi, uşaq bağçasının inşası və bir neçə fərdi müraciətlər səsləndirilib.
İcra başçısı vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verib.