Xaçmaz şəhərində əmək yarmarkası keçiriləcək. Bu haqda ShimalNews 8 iyun tarixində məlumat verir.
Tədbirdə 18 müəssisə tərəfindən 236-ya yaxın vakansiyanın çıxarılması nəzərdə tutulub. Yarmarka 11 iyun saat 11:00-da Xaçmaz Olimpiya İdman Kompleksində start götürəcək.
Gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.