Xaçmaz rayonunda şam ağacların kəsildiyi iddia edilir. Bu haqda Shimal.news 12 aprel tarixində Oxu.az-a istinadən xəbər verir.
Sosial şəbəkələrdə yayılan fotomateriallarda göründüyü kimi, şam ağacları Rayon İcra Hakimiyyətinin qarşısında məhv edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda qurumun mütəxəssisləri tərəfindən araşdırma aparılır.