Xaçmaz rayonunda heyvan kəsimi məntəqələrində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 11 aprel tarixində AQTA-ya istinadən məlumat verir.
Monitorinq zamanı N.Nərimanov küçəsində yerləşən Davud Qasımova məxsus məntəqədə qayda pozuntuları aşkar edilib. Obyekt sahibinə qarşı inzibati protokol tərtib edilib.