Xaçmaz rayonundan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Eyvazov torpağa tapşırılıb. Bu barədə ShimalNews 28 may tarixində “Bizim.Media”ya isitnadən məlumat verir.
Dəfndə ailə üzvləri, sakinlər, ictimaiyyət nümayəndələri, Xaçmaz İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin məsul şəxsləri, qulluq etdiyi hərbi hissənin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Elvinin atası Daşdəmir Eyvazov oğlunun ölümünə üzüldüyünü, lakin onun Vətən müharibəsində və digər əməliyyatlarda iştirak etdiyindən qürur duyduğunu söyləyib.
Hadisə ilə bağlı öncə xəbər vermişdik. Faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
[video width="848" height="464" mp4="https://shimal.news/storage/photos/2024/05/3z.mp4"][/video]