Xaçmazlı hərbi qulluqçu dəfn edilib. Bu barədə ShimalNews 6 avqust tarixində Oxu.az-a istinadən xəbər verir.
Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Ağamirov dəfn edilib. O, doğulduğu Yergüc kəndində torpağa tapşırılıb. Vida mərasimində onun ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Daha öncə sözügedən qətl barəsində məlumat vermişdik.