Xaçmazlı hərbi qulluqçu qətlə yetirilib

5 Avqust 2022, 12:24

Foto Unikal.org

Hadisə hərbi hissədə baş verib

Xaçmazlı əsgər hərbi hissədə aldığı güllə yarasından vəfat edib. Bu barədə ShimalNews 5 avqust tarixində Unikal.org-a istinadən xəbər verir.

Hadisə Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə baş verib. Azəbaycan Ordusunun əsgəri 19 yaşlı Pünhan Ağamirov qeyri-döyüş şəraitində aldığı güllə yarasından dünyasını dəyişib. İstintaqla hadisənin eyni hərbi hissədə xidmət edən əsgər Amil Kazımov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə çinayət işi başlanılıb.

Ağamirov Xaçmaz rayonunun Yergüc kəndindəndir. Pünhanın iki bacısı var. O, 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vuracaqdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.