Xaçmazda yumurta istehsal edəcək yeni müəssisə tikilir. Bu haqda 12 aprel tarixində Shimal.news Xaçmaz RİH-yə istinadən xəbər verir.
Tikinti Niyazoba kəndində - 3,5 hektar ərazidə aparılır. “Azəriyumurta” MMC fəaliyyətə başlayandan sonra burada 50 nəfər daimi işlə təmin olunacaq. İnvestisiya qoyuluşu 3 milyon manat olan müəssisədə gündəlik olaraq, 100.000 ədəd yumurta istehsal etmək mümkün olacaq.
İcra başçısı Elnur Rzayev fabrikə gələrək görülən işlərlə maraqlanıb.
[caption id="attachment_39675" align="alignnone" width="640"]
Foto Xaçmaz RİH[/caption]