Xaçmaz rayonunda ağacəkmə aksiyası keçirilib. Bu haqda ShimalNews 4 mart tarixində məlumat verir.
Aksiya Bakı - Xaçmaz avtomobil yolu ətrafının Mehrəliqışlaq kəndi ərazisində təşkil edilib. Məqsəd ekologiyanın mühafizəsi, yaşıllıqların artırılması, atmosferdə oksigen balansının saxlanılması və "Yaşıl dünya naminə həmrəylik ili"nə töhfə verməkdən ibarət olub.
Ağacəkmə prosesində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Xaçmaz UGİŞM-in məşqçi-müəllimləri, yeniyetmə və gənc idmançılar iştirak ediblər.