Xaçmaz icra başçısı Bakıdan müalicədən qayıdan qazi və yaralı əsgərin ailələrini ziyarət edib. Bu barədə ShimalNews 28 sentyabr tarixində Xaçmaz RİH-yə istinadən məlumat verir.
Elnur Rzayev Vətən müharibəsi qazisi Həzi Abdullayevi və qazi Xəyal Nuriyevi yaşadıqları Xudat şəhərində, sentyabrın 12-14-də erməni təxribatının qarşısını alarkən yaralanan əsgər Rəvan Cavadovun ailəsini isə Şollar kəndində ziyarət edib. İcra başçısı qazilərin ailələrinin qayğıları ilə maraqlanıb.
Həzi Abdullayev və Xəyal Nuriyevin, eləcə də hazırda stasionar müalicəsi davam edən Rəvan Cavadovun səhhəti qənaətbəxşdir.