Xaçmazda şəhid ailələri ziyarət edilib. Bu barədə ShimalNews 29 dekabr tarixində RİH-yə istinadən məlumat verir.
İcra başçısı Elnur Rzayev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində şəhid Fuad Qafarov, Elvin Qayıbov və Elnur Rüstəmovun ailələrinə baş çəkib. Qonaqlar və ailə üzvləri şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.