Xaçmazda bir nəfərdən narkotik vasitə aşkarlanıb. Bu haqda ShimalNews 13 mart tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Əməliyyat tədbirləri Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən aparılıb. Əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Cəfər Soltanov Xaçmaz dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan 470 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.