Xaçmaz Olimpiya İdman Kompleksinin ərazisində təmizlik aksiyası təşkil edilib. Bu haqda ShimalNews 5 mart tarixində məlumat verir.
5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançılar ətrafda səliqə-sahman yaradıblar, yaşıllıqların suvarılması təmin olunub. Həmçinin könüllü gənclər magistral yolların kənarına yeni ağac və gül kolları basdırıblar.