Pirotexniki vasitələr satan Xaçmaz sakini saxlanılıb. Bu haqda ShimalNews 30 dekabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verir.
RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı 1 nəfərin rayon ərazisində kustar üsulla hazırlanmış pirotexniki vasitələr satdığı müəyyən edilib. Satışa çıxarılan vasitələr maddi sübut kimi götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.