Xaçmaz rayonunda dövlət əmlakı hərraca çıxarılacaq. Bu haqda ShimalNews 8 yanvar tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir.
Fevralın 2-si Seyidlikəndyeri kəndində yerləşən 2 ha torpaq sahəsi müsabiqədə təqdim olunacaq. Başlanğıc qiymət 95.000 manat, beh isə 9500 manat təşkil edir.
Əmlak "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansındadır.
Daşınmaz əmlaka baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-dan 12:00-a kimi keçirilir. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə linkdən tanış ola bilərsiniz.