Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara 55.000 manat ziyan vuran şəxs saxlanılıb. Bu barədə ShimalNews 16 fevral tarixində DİN Mətbuat Xidmətinə istinadən xəbər verir.
Polis əməkdaşları daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Bakı şəhər sakini Könül Müzəffərova saxlanılıb.
Həmin qadın aldatma yolu ilə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55.000 manat pulunu ələ keçirib.
Məhkəmənin qərarı ilə Könül Müzəffərova barəsində həbs qətimkan tədbiri seçilib.