Xaçmaz rayonunda kişi intihar edib. Bu haqda ShimalNews 23 fevral tarixində “Unikal”a istinadən məlumat verir.
Hadisə Maqsudkənd kəndində baş verib. 31 yaşlı rayon sakini Yusif Qəhrəmanov özünü asaraq həyatına son qoyub.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə müayinə üçün təhvil verilib.
Araşdırma aparılır.